Mübarizədə yeni mərhələ: “Trampın gələcək taleyi Konqresdən asılıdır” | Icma.az
Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Volodimir Volya: “Müttəfiqlərlə münasibətlərin pozulması və Ukraynanın məğlubiyyəti ABŞ-ın özünün məğlubiyyəti demək olacaq” “Amerikalılar ABŞ prezident seçkilərində səs verməklə yanaşı, Konqresin hər iki palatasına nümayəndələr də seçiblər.
Konqresə nəzarəti ələ keçirən Respublikaçılar Partiyası Donald Trampın seçkiqabağı vədlərini yerinə yetirməsini təmin edir.
Bununla belə, Respublikaçılar Partiyasının tarixi qələbəsi həm də Amerikanın taleyi üçün bütün məsuliyyəti onun üzərinə qoyur”.
Bu sözləri ukraynalı siyasi ekspert Volodimir Volya yazdığı analitik məqaləsində qeyd edib.
Analitikin sözlərinə görə, palatanın biri yeni Prezident Trampın təcridçi mövqeyini dəstəkləyir, digəri respublikaçı sabiq Prezident Ronald Reyqanın dövründə olduğu kimi, xarici siyasətə baxış və ABŞ-ın dünyada rolu prinsipləri üzərində dayanır: “Beləliklə, Respublikaçılar Partiyası Konqresin hər iki palatasına nəzarət ələ keçirsələr də, “Amerika uğrunda döyüş” seçicilərin onlara və onların prezidentliyə namizədinə səs verdikləri gün bitmədi.
Əsas “döyüşlər” Respublikaçılar Partiyasının daxilində baş verəcək.
Onun elitasının nümayəndələri indi bir sıra məsələlərdə öz aralarında mübarizə aparmalı olacaqlar: məsələn, ABŞ-ın müttəfiqsiz qalacağı, Trampın ticarət müharibələrinin Çin və Rusiya arasında daha da yaxınlaşmasına səbəb olub-olmayacağı, yoxsa Səudiyyə Ərəbistanının bu ölkədən çıxması, anti-İran koalisiyası və bir çox başqa məsələlərlə bağlı”.
Tam oxu
Xəbəri oxu