Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İranın ali rəhbəri Müctəba Xamənei 2577 məhkumun əfv edilməsi, cəzalarının yüngülləşdirilməsi və dəyişdirilməsinə dair müraciətə müsbət münasibət bildirib.
"Report" xəbər verir ki, məlumatı İRNA yayıb.
Bildirilib ki, Məhəmməd peyğəmbərin və imam Cəfər Sadiqin mövlud günü münasibətilə məhkəmə hakimiyyətinin başçısı Qulamhüseyn Möhsüni-Ejei ali rəhbər Müctəba Xaməneiyə məktubla müraciət edib. O, ümumi və inqilabi məhkəmələri, Silahlı Qüvvələrin Məhkəmə Təşkilatı, Dövlət Cinayət Təşkilatı tərəfindən məhkum olunmuş 2577 nəfər üçün "əfv, cəzanın yüngülləşdirilməsi və dəyişdirilməsi" barədə xahiş edib.
Müctəba Hüseyni-Xamənei məhkəmə hakimiyyətinin başçısına bu məsələ ilə bağlı qərar qəbul etməyi tapşırıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin