Müctəba Xamenei barədə yayılan xəbərlərə aydınlıq gətirildi

20.04.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

İranın yeni Ali Lideri Müctəba Xamenei ABŞ və İsrailin hücumları zamanı yüngül xəsarət alıb.

Redaktor.az xəbər verir ki, bu barədə İranın yüksək vəzifəli rəsmisi Əzim İbrahimpur açıqlama verib.

Məlumata görə, Müctəba Xamenei ABŞ-İsrail aviazərbələri zamanı Ali Liderin iqamətgahında olub və partlayış dalğası nəticəsində ayağından yüngül zədə alıb.

Əzim İbrahimpur bildirib ki, hadisə zamanı kompleks ərazisində olan Xamenei daha ciddi xəsarət almayıb və onun sağlamlıq vəziyyəti stabildir.

Rəsmi əlavə edib ki, digər xəsarətlərlə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və bu cür iddialar cəmiyyətdə parçalanma yaratmaq məqsədi daşıyır.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью