Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İranın ali rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei “Bəsic” könüllü təşkilatının fəaliyyətini və idarəetmə üsullarını yeniləməli olduğunu bildirib.
Modern.az İRNA-ya istinadən xəbər verir ki, Xamenei bu barədə “Bəsic həftəsi” münasibətilə yayımladığı müraciətdə bildirib.
O, ABŞ və İsraillə son müharibə zamanı İran əhalisinin göstərdiyi fədakarlığı “Bəsic ruhu”nun ölkə miqyasında yayılması kimi qiymətləndirib.
“İran xalqının bu dirçəlişi ilə paralel olaraq ‘Bəsic’ təşkilatı da dəyişməli və yenidən doğulmalıdır”, – Xamenei qeyd edib.
İranın ali rəhbəri təşkilatın “Hər iranlı bir bəsic üzvüdür” şüarını həyata keçirmək üçün fəaliyyətini yeni üsullarla qurmalı olduğunu vurğulayıb. O, Ayətullah Ruhullah Xomeyninin təşəbbüsü ilə yaradılan “Bəsic”in səkkizillik İran–İraq müharibəsindəki rolunu da xatırladıb.