Müctəba Xamenei haradadır?

17.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

İranda ali rəhbər vəzifəsini tutmasından 6 aydan çox vaxt keçməsinə baxmayaraq, Müctəba Xamenei ictimaiyyət arasına çıxmayıb. Onu Tehranın küçələrində yalnız fotoşəkillərdə və plakatlarda görmək mümkündür. Bu barədə “Al-Arabiya”ya danışan özəl mənbə bildirib ki, Tehran küçələrini sələfi və atası Əli Xamenei ilə birlikdə təsvir olunduğu nəhəng divar rəsmləri bəzəyir, tərəfdarları isə yürüşlər zamanı onun şəkillərini qaldırırlar: “Diqqətçəkən məqam odur ki, Müctəba vəzifəyə təyin olunduğu gündən bir dəfə də olsun ictimaiyyət qarşısında görünməyib. Bu da ölkə daxilində getdikcə artan sual və şayiələrə yol açıb”.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью