Müctəba Xamenei HƏDƏF alınacaq? Taleyi ilə bağlı...

02.09.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran İslam Respublikasının Ali Lideri Ayətullah Seyid Müctəba Xameneinin "Amerika bu gecə elə bir dərs aldı ki, onu heç bir zaman unutmayacaq" şəklindəki sərt bəyanatı Vaşinqtonla Tehran arasında hərbi-siyasi gərginliyi pik həddə çatdırıb.

Şəxsi təhlükəsizliyini maksimum dərəcədə qoruyan yeni liderin bu kəskin çıxışından sonra ABŞ və İsrailin növbəti birbaşa hədəfinə çevriləcəyi ilə bağlı fikirlər yenidən gündəmə gəlib. 

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Xəyal Bəşirov bildirib ki, tərəflər arasında qarşılıqlı təhdidlər fevralın 28-dəki hərbi əməliyyatlardan, əvvəlki dini liderin öldürülməsindən və Müctəba Xameneinin martın 8-də onun yerinə seçilməsindən bəri davam edir:

Xəyal Bəşirov: 

"ABŞ-nin hazırkı administrasiyası İsraillə birlikdə uzun müddətdir gözləmə mövqeyindədir, ara-sıra hücumlar təşkil edir, Hörmüz boğazını və Fars körfəzini blokadada saxlayır. Bu proseslə paralel şəkildə yeni lider Müctəba Xameneinin yerinin müəyyən edilməsi əməliyyatı həyata keçirilir. ABŞ və İsrail kəşfiyyatı müvafiq qurumları ilə onu aradan qaldırmaq üçün əllərindən gələni edirlər. Sadəcə, Müctəba Xameneinin hələ ki nə bir görüntüsü, nə səs yazısı, nə də canlı olaraq hansısa şəxslə təmas etməsi ilə bağlı əllərində sübut var".

X.Bəşirov vurğulayıb ki, İran tərəfi də əvvəlki liderin öldürülməsi prosesindən nəticə çıxararaq yeni rəhbərin yerinin müəyyən edilməsinin qarşısını almağa çalışır:

"Məlumatlar var ki, onunla görüşlər xüsusi şəraitdə və məhdud çərçivədə keçirilir. Təmaslar fərqli formalarda qurulur, telefonlardan və yeni nəsil texniki vasitələrdən istifadə olunmur. İran tərəfi də gözəl anlayır ki, Donald Tramp hakimiyyəti və Netanyahu hökuməti Müctəba Xameneini birmənalı şəkildə aradan qaldırmaq istəyirlər. Lakin hələ ki buna nail ola bilməyiblər. Buna nail ola bilməmələri isə zaman-zaman onların daha təhlükəli hücumlar təşkil etmələrinə gətirib çıxarır. Düşünmürəm ki, bu bəyanatlar onu ABŞ-nin hədəfinə gətirir. ABŞ tərəfi maksimum çalışır ki, onun zərərsizləşdirilməsini həyata keçirsin və daha sonra regionu tərk etsin. Bununla da əllərində rejimı tam devirdiklərinə dair əsas olacaq. Onların əsas hədəfi budur".

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью