Müctəba Xamenei ilk amnistiya fərmanını imzalayıb

05.06.2026

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

İranın Ali Rəhbəri ayətullah Müctəba Xamenei müxtəlif növ cinayətlər törətməkdə təqsirli bilinərək məhkum edilmiş 2 mindən çox vətəndaşın amnistiya olunması barədə fərman verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə onun "Telegram" kanalında yerləşdirilən məlumatda deyilir.

Mətnə əsasən, bu qərar Əli ibn Əbu Talibin Məhəmməd peyğəmbərin canişini təyin edilməsinə həsr olunmuş şiə bayramı (Qədir-Xum) münasibətilə qəbul edilib. Sərəncamın "əfv olunmanı və ya cəzaların yüngülləşdirilməsini" nəzərdə tutduğu qeyd olunur.

Bu, atası ayətullah Əli Xameneinin vəfatından sonra İranın Ali Rəhbəri seçilən Müctəba Xameneinin imzaladığı ilk amnistiya fərmanıdır.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью