Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
İranın Ali Lideri Ayətullah Müctəba Xamenei sağ-salamatdır və inzibati işləri ilə məşğuldur.
Redaktor.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali "İzvestiya"ya verdiyi müsahibədə bildirib.
"O, sağ-salamatdır. Əvvəlki liderimizi öldürüblər. Ölkəni idarə etməyə davam etmək üçün mövcud olmayan bir lideri kim seçə bilər? Bu vəzifəyə çoxlu namizədimiz var. Ali liderimizin öldürülmədiyini deyə bilərdik, amma ilk gecə rəsmi olaraq hər kəsə bunun belə olduğunu dedik", - deyə diplomat bu məsələ ilə bağlı sualı cavablandırarkən bildirib. "Hətta siz də gördünüz ki, iki həftə ərzində konstitusiyamız çərçivəsində yaradılmış rəhbərlik şurası məsələləri həll edirdi. Onlar bu yolda davam edəcəkdilər. Mövcud olmayan bir şəxsi seçmək üçün heç bir arqument və ya səbəb yox idi. Deməli, əslində bunlar əsassız suallardır.
Liderimiz sağ-salamatdır və inzibati məsələləri ilə məşğuldur. Düşmənin bizi hərəkətə keçməyə, reaksiya verməyə təhrik etdiyini başa düşürük. Amma biz onun təhlükəsizliyini tam təmin etməliyik", - deyə Cəlali əlavə edib.
Onun sözlərinə görə, bu cür şayiələr və dezinformasiyalar İranı fərqli bir qərar verməyə məcbur edə bilməz. Səfir vurğulayıb ki, "onun sağlamlığı və təhlükəsizliyi hamımız üçün ən vacib məsələdir".
T.İSMAYIL