Müctəba Xamenei yeni mesaj yaydı

22.09.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Çoxdandır susqunluq nümayiş etdirən İranın ali rəhbəri Ayətullah Müctəba Xamenei şiə dünyasının tanınmış alimlərindən olan Ayətullah əl-üzma Şübeyri-Zəncaninin vəfatı ilə bağlı başsağlığı verib.

Modern.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Müctəba Xamenei mesajında Ayətullah Şübeyri-Zəncanini yüksək səviyyəli fəqih və şiəliyin aparıcı tədqiqatçılarından biri kimi xarakterizə edib.

O bildirib ki, mərhum alim ömrünün ilk uşaqlıq illəri istisna olmaqla, bütün həyatını elm öyrənməyə, tədrisə və araşdırmaya həsr edib.

Xatırladaq ki, Ayətullah Müctəba Xamenei İranın ali rəhbəri seçiləndən sonra ictimaiyyət qarşısına çıxmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью