Müctəba Xameneinin ilk beynəlxalq əlaqəsi Putinlə ola bilər

18.07.2026

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


İranın yeni ali lideri Müctəba Xameneinin ilk beynəlxalq əlaqəsi Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı və ya görüşü ola bilər.
Yeniavaz.com
xəbər verir ki, bunu iranlı mənbə TASS-a bildirib.
“Rusiya bizə yaxın bir ölkədir və Zati-aliləri Vladimir Putin İslam Respublikasının yaxın dostudur. Və bəlkə də ilk zəng və ilk görüş Prezident Putinlə olacaq. Lakin hazırda hərbi vəziyyət və təhlükəsizlik mülahizələrinə görə o (İranın Ali Lideri Müctəba Xamenei – red.) ictimaiyyət qarşısına çıxmır”, - deyə mənbə qeyd edib.
Xatırladaq ki, Müctəba Xamenei atası Əli Xameneinin ABŞ və İsrailin İslam Respublikasına raket zərbələri nəticəsində ölümündən sonra İranın ali lideri olub.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью