Müdafiə haqqında” qanuna dəyişiklik təklif edilir

18.06.2025

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ərazi müdafiəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçirilməsi, ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydalarının Azərbaycan ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən ediləcək.

Ölkə.az xəbər verir ki, bu, Milli Məclisin 21 iyunda keçiriləcək iclasının gündəliyinə daxil edilən “Müdafiə haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarının nəticələrinin təhlili ölkəmizdə ərazi müdafiəsi məsələlərinə yenidən baxılmasına zərurət yaradıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью