Müdafiə naziri ABŞli həmkarı ilə görüşdən imtina edib KONKRET

20.11.2024

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rəsmi Pekin Çin və ABŞ müdafiə nazirlərinin görüşündən imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə CNN Pentaqon rəsmisinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Ostin çinli həmkarı ilə Laosda keçirilən ASEAN Plus Müdafiə Nazirləri Toplantısında görüşməyi planlaşdırıb.

İki nazir arasında görüş ABŞ və Çin Xalq Respublikası arasında hərbi kommunikasiya xətlərinin saxlanması səyləri çərçivəsində nəzərdə tutulurmuş.

Lakin rəsmi Pekin görüşdən imtina edib.

Mənbə yazır ki, Çinin imtinasına səbəb ABŞ-nin Tayvana silah satması olub.

Məlik,
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью