Müdafiə naziri Ermənistanla şərti sərhəddə əməliyyat şəraiti ilə bağlı Türkiyə HHQ komandanını məlumatlandırıb

12.12.2024

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müdafiə naziri Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti ilə bağlı Türkiyə nümayəndə heyətini məlumatlandırıb.

APA xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti ilə bağlı məlumatlandırıb.

O, Ermənistanın yenidən silahlandırılmasının regionda sülhün və sabitliyin qorunmasına mənfi təsir etdiyini vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью