Müdafiə naziri: İsrail ordusu intensiv şəkildə Tehranın mərkəzini bombalayır

23.06.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

İsrailə atılan hər bir raketə görə İran diktatoru cəzalandırılacaq.

Bununla bağlı İsrailin müdafiə naziri İsrael Katz özünün “X” hesabında bildirib.
“İsrail ordusu hazırda misli görülməmiş intensivliklə Tehranın mərkəzində rejimin hökumət və repressiya qüvvələrini vurur. İsrailə atılan hər bir raketə görə İran diktatoru cəzalandırılacaq və zərbələr tam qüvvətlə davam edəcək”, - Katz qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью