Müdafiə naziri Pakistana da başsağlığı verdi

09.11.2024

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzaya başsağlığı ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Başsağlığında deyilir: “Pakistanın Bəlucistan əyalətində yerləşən Kvetta şəhərində dəmiryol stansiyasının yaxınlığında baş verən terror aktı nəticəsində həlak olan və yaralananlarla bağlı xəbər məni hədsiz kədərləndirdi.

Biz terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayırıq.

Baş vermiş partlayış nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir, Allahdan bütün yaralılara şəfa diləyirəm.

Allah rəhmət eləsin”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью