Müdafiə naziri qadınları təbrik edib | Icma.az
Icma.az bildirir, Operativ MM portalına istinadən. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 8 Mart–Beynəlxa
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli xanımlar!
Sizi 8 Mart–Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı bildirirəm.
Azərbaycan qadını tarix boyu şərəfli və müqəddəs ana adını uca tutmaqla müdrikliyi, işgüzarlığı, saflığı və mübarizliyi ilə keçmişimizə ən parlaq səhifələr yazmışdır.
Respublikamızın ictimai-siyasi, mədəni həyatında, cəmiyyətdə fəal iştirak edərək Vətənin müdafiəsində və dövlət quruculuğunda xüsusi bacarıq, istedad nümayiş etdirməklə yanaşı, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə cəsarət və qorxmazlığı ilə seçilmişdir.
Dövlətçilik tariximizin şərəfli səhifəsi sayılan Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri olan qadınlara seçmək və seçilmək hüququnun verilməsi cəmiyyətdə onların yerini, xüsusi hörmətə və nüfuza malik olduqlarını bir daha əks etdirir.
Respublikamız dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan qadınının cəmiyyətdə əvəzsiz rolu bir daha təsdiqləndi.
Milli dövlət quruculuğu prosesində, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılmasında fəal iştirakı Azərbaycan qadınının dünyagörüşünün zənginliyinin, intellektual səviyyəsinin yüksək olmasının bariz nümunəsidir.
Tam oxu
Xəbəri oxu