Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 31 yanvar, AZƏRTAC Kiyev Niderlanddan F-16 qırıcılarının yeni partiyasını gözləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov feysbuk sosial hesabında bildirib.
“Artıq 2025-ci il üçün müqavilələr var. Əsas prioritet F-16 proqramıdır.
Qırıcıların növbəti partiyasının 2025-ci ildə təhvil verilməsini gözləyirik və pilotların, mühəndis-texniki heyətin təlimlərini davam etdiririk”, - deyə nazir vurğulayıb.R.Umerov qeyd edib ki, Niderland 2025-ci ildə Ukraynaya yardım proqramını əhəmiyyətli dərəcədə artırıb.
Qırıcıların tədarük sayı və vaxtı açıqlanmayıb. Ümumilikdə Niderland Ukraynaya 24 ədəd F-16 qırıcısı tədarük edəcəyinə söz verib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.