Müdafiə naziri Ukraynanın ABŞ dəki yeni səfiri ola bilər Zelenski

11.07.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

"ABŞ-dəki hazırkı səfir Oksana Markarova Ukraynada fəaliyyətini davam etdirəcək".

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

O, hazırkı müdafiə naziri Rustem Umerovun Ukraynanın ABŞ-dəki yeni səfiri olacağını istisna etməyib:

"ABŞ-dəki səfir dəyişdiriləcək. Əgər qərar versəm, bizim əsas səfirimiz müdafiə naziri Rustem Umerov olacaq. Bu, şübhəsiz ki, Ukrayna hökumətində ciddi dəyişikliklərə öz təsirini göstərəcək".

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью