Müdafiə naziri Zakir Həsənov Gürcüstanda səfərdədir

01.06.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Tbilisi, 1 iyun, AZƏRTAC

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 1-də Gürcüstana səfər edib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Zakir Həsənov gürcüstanlı həmkarı İrakli Çikovani ilə görüşəcək.

General-polkovnik Zakir Həsənovun Gürcüstanın Baş naziri İrakli Kobaxidze və digər rəsmi şəxslərlə görüşləri də nəzərdə tutulub.

Müdafiə naziri Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini və Gürcüstanın Qəhrəmanlar Meydanındakı memorialı ziyarət edəcək. 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью