Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

27.09.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Müdafiə naziri Zakir Həsənov, onun müavinləri və rəhbər şəxslər Zəfər abidəsini ziyarət ediblər.

Axar.az xəbər verir ki, nazirlik əməkdaşları xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin xatirəsini anıblar.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью