Müdafiə nazirinin istefası birmənalı qarşılanmır

14.01.2026

Icma.az, Reyting.az saytına istinadən bildirir.

Ukrayna Ali Radası yanvarın 13-də ölkənin müdafiə naziri Denis Şmıqalın istefasını qəbul edib. Bu qərarın lehinə 265 deputat səs verib. Şmıqal çıxışı zamanı vurğulayıb ki, o, bu postu gələcək islahatlara zəmin yaratmaq əminliyi ilə tərk edir.

Reyting.az-ın məlumatına görə, parlament Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasili Malyukun da vəzifədən azad edilməsini dəstəkləyib. Bu qərara isə Radanın 235 deputatı səs verib.

Malyuk istefa niyyətini yanvarın əvvəlində açıqlayıb və bu barədə Ukrayna prezidenti Zelenskini də məlumatlandırıb.

Hazırda "SBU"-nun müvəqqəti rəhbəri kimi ölkənin "A" xüsusi əməliyyatlar mərkəzinə rəhbərlik edən rəis Yevgeni Xmara təyin olunub.

Şmıqalın istefası bəziləri tərəfindən tələsik qərar kimi qiymətləndirilsə də, Ukraynanın digər siyasiləri Şmıqalın bu qərarını təqdir edib və dəstəkləyiblər.

Məlumat üçün qeyd edək ki, D. Şmıqal 2025-ci ilin iyul ayından müdafiə naziri idi, bundan əvvəl isə o, beş il Ukraynanın baş naziri olub.

Oqtay QORÇU


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью