Müdafiə Nazirliyi: 5 PKK terrorçusu təslim olub

24.04.2025

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Terrorla mübarizə çərçivəsində 3-ü İraqın şimalındakı sığınacaqlarından qaçan, 2-si isə mağarada aşkarlanaraq təslim olmaq çağırışına müsbət cavab verən 5 PKK terrorçusu təslim olub".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyinin sözçüsü, kontr-admiral Zeki Aktürk həftəlik mətbuat konfransında danışıb.

O bildirib ki, Türkiyə Silahlı Qüvvələri hər cür təhdid və təhlükəyə qarşı mübarizəsini davam etdirir: "Əməliyyatı bölgəsində aşkarlanaraq yararsız hala salınan terrorçulara məxsus sığınacaq və mağaralarda çoxlu sayda silah, sursat və müxtəlif materiallar ələ keçirilib. Bundan başqa, son 4 ayda 1562 nəfər qanunsuz yolla sərhədimizi keçmək istəyərkən tutulublar”

Firudin Səfərli
MİA.AZ

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью