Müdafiə Nazirliyindən gənc əsgərlərin yaxınlarına müraciət

14.02.2025

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
“İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, xüsusilə andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik”, - məlumatda qeyd olunur.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью