Müdafiə Nazirliyindən partlayış səsləri ilə bağlı AÇIQLAMA Yeni Çağ Media

09.12.2024

Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncə şəhəri ətrafında güclü partlayış səslərinin eşidilməsi ilə bağlı məlumatlar yayılıb. İddialarda təcili tibbi yardım maşınlarının intensiv hərəkətinin müşahidə olunduğu da qeyd edilib. 

Müdafiə Nazirliyindən Yenicag.az-a bildirilib ki, cari ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunlarının bölmələri ilə Seyfəli poliqonunda döyüş atışlı taktiki təlim keçirilir:

“Təlim zamanı eşidilən partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью