Müdafiə Nazirliyinin rəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib VİDEO | Icma.az
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Martın 20-də Müdafiə Nazirliyinin rəhbərliyi Baş Klinik Hospitalda müalicə olunan hərbi qulluqçuları ziyarət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən XQ-ə verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək xatirəsinə hörmət və ehtiram nümayiş olunub.
Nazirliyin rəhbər heyəti Ulu Öndərin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hospitalda müalicə olunan bir qrup hərbi qulluqçu ilə görüşüb, onların səhhəti ilə maraqlanıb, tezliklə sağlamlıqlarına qovuşaraq xidmət yerlərinə qayıtmalarını arzulayıb.
Hərbi qulluqçulara bayram hədiyyələri təqdim edilib. Sonra Hospitalın tibb işçiləri ilə görüşən müdafiə naziri onları bayram münasibətilə tə
Zakir Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.
Baş Klinik Hospitalın kollektivi və burada müalicə olunan hərbi qulluqçular yaradılan şəraitə, həmçinin göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Tam oxu
Xəbəri oxu