Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib

12.12.2025

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müdafiə Nazirliyinin rəhbər heyəti dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günündə Fəxri xiyabanı ziyarət edib.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi dərin hörmət və ehtiramla yad olunub.

Nazirliyin rəhbər heyəti daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzərək xatirəsinə ehtiram nümayiş etdirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью