Müdafiə Sənayesi Nazirliyinin anbarında yanğın olub RƏSMİ

10.12.2024

Icma.az bildirir, Adelet.az portalına istinadən.

2024-cü il dekabrın 9-da saat 17:00 radələrində Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisələrin birinə məxsus texniki anbarda kiçik yanğın hadisəsi baş verib.

Nazirlikdən Adalet.az-a bildirilib ki, yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsi tərəfindən qısa müddət ərzində söndürülüb.

Xəsarət alan olmayıb, hadisənin baş vermə səbəbləri araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью