Müdafiə xərcləri artırılmalıdır Pentaqon rəhbəri

13.01.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

ABŞ-nin vəzifəsini tərk edən müdafiə naziri Lloyd Ostin yeni rəhbərliyi 2026-cı ildə müdafiə xərclərini artırmağa çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri məktubuna ünvanlayıb.

“Müdafiə naziri vəzifəsini tərk edən Lloyd Ostin ABŞ hökumətinə müdafiə xərclərini 2026-cı maliyyə ilində planlaşdırılandan təxminən 50 milyard dollar çox artırmağı tövsiyə edib. 2026-cı ildə 876,8 milyard dollarlıq proqnozlaşdırılan büdcədən 926,5 milyard dollara qaldırılmalıdır. Beləliklə, yaxın illərdə nazirliyin büdcəsi 1 trilyon dolları keçə bilər".

Agentliyin məlumatına görə, Ostin tövsiyə olunan məbləğə Ukrayna və İsrailə yardımı daxil etməyib və onu sırf Pentaqon üçün nəzərdə tutub. O vurğulayıb ki, xarici hərbi yardımlar əlavə vəsaitlər hesabına maliyyələşdirilməsini davam etdirməlidir.

Türkan İSGƏNDƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью