Müdafiəçilər 3 dəqiqə 49 saniyə ərzində dörd qol vurdu!

03.02.2026

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

“Anahaym”la oyunda “Edmonton”un müdafiəçiləri qısa zaman kəsiyində 4 qol vurmaqla hər kəsi təəccübləndirdi.

"Football-plus.az" xəbər verir ki, cəmi 3 dəqiqə 49 saniyəyə sığan bu məhsuldar seriya MHL tarixinə düşdü.
Seriyanın əsasını 25-ci dəqiqənin 36-cı saniyəsində Spenser Stestni qoydu. Azarkeşlər bu qolu bayram etməyə macal tapmamış – 52 saniyə sonra tabloda rəqəm dəyişdi. Bu dəfə Mattias Ekholm rəqib qapısına yol tapdı. 3-cü qolu 28-ci dəqiqənin 34-cü saniyəsində Darnell Ners vurdu. Cəmi 51 saniyə sonra isə Ekholm növbəti dəfə fərqləndi. Bu zaman 29-cu dəqiqənin 25-ci saniyəsi gedirdi. MHL tarixində 6-cı dəfə bir komandanın müdafiəçiləri eyni periodda 4 qol vurdu. Əvvəlki belə hadisə 2000-ci il noyabrın 29-da baş verib, onda “Sent-Luis”in müdafiəçiləri fərqlənmişdi.
“Detroyt”un amerikalı hücumçusu Patrik Keyn srağagünkü “Los-Anceles”lə oyunda (1:3) məhsuldar ötürmə verdi. Bununla da 37 yaşlı forvard MHL tarixinin ən məhsuldar amerikalı oyunçuları siyahısında zirvəyə yüksəldi. Mayk Modano ilə yanaşı, onun da hesabında 1374 xal var. Cari mövsümdə keçirdiyi 39 oyunda 31 (8+23) xal toplayan Keyn 2008-ci ildən MHL-də çıxış edir. “Detroyt”a qədər “Çikaqo” ilə “Reyncers”in də formasını geyib. Müntəzəm çempionatda indiyə qədər 500 qol vurub, 874 məhsuldar ötürmə verib.
27 yanvar
Reyncers – Boston 4:3 OT (2:1, 0:2, 1:0, 1:0)
Tampa-Bey – Yuta 2:0 (0:0, 1:0, 1:0)
Filadelfiya – Aylenders 0:4 (0:1, 0:2, 0:1)
Edmonton – Anahaym 7:4 (1:1, 4:2, 2:1)
28 yanvar
Boston – Neşvill 3:2 OT (1:0, 1:1, 0:1, 1:0)
Detroyt – Los-Anceles 1:3 (0:0, 0:1, 1:2)
Monreal – Veqas 3:2 OT (0:1, 2:0, 0:1, 1:0)
Nyu-Cersi – Vinnipeq 3:4 (1:1, 1:3, 1:0)
Toronto – Baffalo 4:7 (2:3, 1:1, 1:3)
Florida – Yuta 3:4 (0:1, 2:1, 1:2)
Minnesota – Çikaqo 4:3 B (0:2, 1:1, 2:0, 0:0)
Sent-Luis – Dallas 3:4 (0:0, 0:3, 3:1)
Vankuver – San-Xose 2:5 (1:3, 0:1, 1:1)
Sietl – Vaşinqton 5:1 (0:0, 3:0, 2:1)
29 yanvar
Kolambus – Filadelfiya 5:3 (2:1, 1:0, 2:2)
Aylenders – Reyncers 5:2 (2:1, 3:1, 0:0)
Ottava – Kolorado 5:2 (0:0, 2:1, 3:1)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью