Müdafiədə diqqətli olmaq əsas şərtlərdəndir İDMANÇI DANIŞDI | Icma.az
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq. "Bu gün keçiriləcək İslandiya - Azərbaycan oyunu həm milli komandamız, həm də ümumilikdə Az
İslandiya futbolu son onillikdə ciddi inkişaf yolu keçib, xüsusən də Avropa və dünya çempionatlarında göstərdikləri oyunla diqqət çəkiblər.
Onlar fiziki baxımdan çox güclü, intizamlı və meydanda sonadək mübarizə aparan komanda kimi tanınırlar".
Bu sözləri SİA-ya açıqlamasında keçmiş futbolçu, baş məşqçi Vaqif Cavadov deyib.
O Azərbaycan millisindən gözləntilərə gəldikdə isə hesab edir ki, komandamız doğru oyun planı quraraq İslandiya qarşısında layiqli nəticə əldə edə bilər: "Müdafiədə diqqətli olmaq, rəqibin standart vəziyyətlərdəki üstünlüyünü zərərsizləşdirmək əsas şərtlərdəndir.
Çünki İslandiya komandası hündürboy futbolçuları ilə cərimə zərbələri və künc zərbələrində çox təhlükəli olur.
Digər tərəfdən, bizim komandamızda sürətli hücumçular var və bu üstünlüyü əks-hücumlarda istifadə etmək mümkündür.
Əgər topa nəzarəti tam ələ ala bilməsək belə, oyunda intizamı qoruyub fürsətləri dəyərləndirsək, ən azı bir xalla meydanı tərk etməyimiz realdır.
Tam oxu
Xəbəri oxu