Müdafiədə etdiyimiz dəyişikliklərə baxmayaraq, yenə uduzduq | Icma.az
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının XIX turunda "Sumqayıt"a uduzduqları oyundan sonra (103:112) fikirlərini klubun mətbuat xidmətinə bölüşüb.
Fanat.Az xəbər verir ki, o, yenilgini belə şərh edib: "Oyuna yaxşı hazırlaşmışdıq. "Sumqayıt"da üç oyunçu ön plana çıxdı.
Müdafiədə etdiyimiz dəyişikliklərə baxmayaraq, yenə uduzduq. Mövsümdə bir oyunumuz qalıb.
"Ordu" ilə matça yaxşı hazırlaşıb müntəzəm mövsümü yüksək notlarla bitirməyi düşünürük. Uğurlu olmaq istəyirik".
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu