Müddətli hərbi qulluqçu atalıq məzuniyyətinə gedə bilər? “Belə məsələlərdə problem yaradılmır”

12.05.2025

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Hərbi xidmətdə atalıq məzuniyyəti deyilən bir anlayış yoxdur. Əgər çağırışçının 3 uşağı varsa, o, ümumiyyətlə hərbi xidmətə aparılmır”.

Bunu "Yeni Sabah"a hərbi ekspert Ramil Məmmədli deyib.

O qeyd edib ki, övladı olan hərbi qulluqçular bu məqsədlə yalnız xidmət müddətində onlara verilən məzuniyyətdən istifadə edə bilər:

“Hərbi xidmətdə "atalıq məzuniyyəti" deyilən bir anlayış yoxdur. Əgər çağırışçının 3 uşağı varsa, o, ümumiyyətlə hərbi xidmətə aparılmır.

Onsuz da ali təhsil almış və xidmət müddəti 12 ayı əhatə edən müddətli həqiqi hərbi xidmət qulluqçuları üçün 6-cı ayın tamamında, 18 aylıq xidməti olanlar üçün isə 9-cu ayın tamamında 15 günlük məzuniyyət nəzərdə tutulur". 

Ekspert vurğulayıb ki, əgər hərbi qulluqçunun birinci dərəcəli ailə üzvləri arasında vəfat edən varsa, fors-major hal kimi 3 günlük məzuniyyət verilir:

“Nənə və babanın vəfatı da istisna hal kimi qəbul edilir. Hərbi qulluqçu 15 günlük məzuniyyətindən istifadə edib-etməməsindən asılı olmayaraq, dəfndə iştirakla bağlı ona 3 günlük məzuniyyət verilir. Bu məsələni aidiyyəti hərbi hissənin komandiri özü həll edir. Ümumiyyətlə, belə məsələlərdə əsgərlər üçün problem yaradılmır”.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью