Icma.az bildirir, Bizim media portalına istinadən.
İşəgötürənin əməkdaşları korporativ tədbirlərdə iştirak etməyə məcbur etmək hüququ yoxdur və tədbirə gəlməkdən imtinaya görə intizam tənbehi ilə hədələmək qanuni əsaslara malik deyil.
Bizim.Media "qazeta.ru" nəşrinə istinadən xəbər verir ki, bu barədə rusiyalı hüquqşünas Mixail Piroqov məlumat verib.
Ekspertin sözlərinə görə, xüsusilə əyləncə xarakterli korporativ tədbirlər əmək öhdəliklərinə daxil deyil və onlardan imtina əmək intizamının pozulması hesab olunmur:
"Qanunvericiliyə əsasən, işəgötürən sizdən yalnız əmək müqaviləsində nəzərdə tutulmuş vəzifələrin icrasını tələb edə bilər. Əgər müqavilədə birbaşa başqa hal göstərilməyibsə (bu da özü-özlüyündə mübahisəlidir), korporativdə iştirak əmək funksiyasına aid edilmir. Məhkəmələr bu məsələdə ardıcıl olaraq işçilərin tərəfini tutur".
Hüquqşünas rəhbərlik tərəfindən korporativə getməməyə görə cəza hədələri gəldikdə qayda pozuntusunu qeydə almağı tövsiyə edib:
"Əgər rəhbər töhmət verməklə və ya mükafatdan məhrum etməklə hədələyirsə, bunu yazılı şəkildə (məktub, messencerdə mesaj) əldə etməyə çalışın və ya qanunvericilik çərçivəsində səs yazısını qeydə alın. Qanunu xatırladın: nəzakətlə bildirin ki, intizam tənbehlərinin qəti siyahısına yalnız irad, töhmət və müvafiq əsaslarla işdən azad edilmə daxildir. "Korporativdən imtina" bu siyahıda yoxdur".
M.Piroqov qeyd edib ki, qeyri-iş vaxtında keçirilən tədbirə sadəcə getməmək olar. İş saatları daxilində təşkil olunan tədbirdə isə işçini əylənməyə məcbur edə bilməzlər — maksimum olaraq iş yerində qalıb vəzifə öhdəliklərini yerinə yetirmək təklif edilə bilər. Real cəza tətbiq edildiyi (əmr verildiyi) təqdirdə işçi Dövlət Əmək Müfəttişliyinə və ya məhkəməyə şikayət edə bilər.
Mütəxəssis onu da əlavə edib ki, əgər "korporativ" adı altında faktiki olaraq məcburi iş tədbiri (təlim, iclas) keçirilirsə, həmin müddət iş vaxtı kimi ödənilməlidir və bu halda tədbirə gəlməmək işə çıxmamaq (proqul) kimi qiymətləndirilə bilər.
Bizim.Media