Müdir işləmək istəyənlərin NƏZƏRİNƏ

27.11.2024

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb.

Bu barədə Milli.Az-a Təhsil İnstitundan məlumat verilib.

Bildirilib ki, müsabiqənin elektron sənəd qəbulu mərhələsi 27 noyabr-04 dekabr tarixlərini əhatə edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 27 noyabr saat 11:00-dan 04 dekabr saat 11:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью