Müdir qohumuna vəzifə verdi KONKRET | Icma.az
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir. Qarabağ Regional Təhsil İdarəsində yeni təyinat olub.
KONKRET.az xəbər verir ki, idarənin müdiri Sənan Mənsimlinin müvafiq əmrinə əsasən Bəşirov Elməddin Əsgər oğlu Qarabağ Regional Təhsil İdarəsin tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Elməddin Bəşirov 1981-ci ildə Neftçala rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib.
Əmək fəaliyyətinə 2003-cü ildə Neftçala rayonu Zabil Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbində coğrafiya müəllimi kimi başlamış, 2009–2023-cü illərdə həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
2023–2025-ci illərdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin tədrisin keyfiyyəti sektorunda məsləhətçi vəzifəsində çalışıb.
Sosial şəbəkələrdə yazılanlara görə, Elməddin Bəşirov Sənan Mənsimlinin qohumudur.
(yeni sabah) Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu