Müdirimizi geri qaytarın! İşçiləri onun getməsini dəstəkləmədilər

13.11.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

"Nvidia" şirkətinin heç bir əməkdaşı Jensen Huangın casusluq qalmaqalı səbəbindən istefasını dəstəkləməyib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət əməkdaşları sosial media hesablarında baş direktorun istefa xəbərinə reaksiya veriblər. 

İşçilər, "Əgər missiyamıza inanırsınızsa, müdirimizi geri qaytarın", "Hamımız insanıq və səhv edə bilərik",  "Jensen o qədər yaxşı iş görüb ki, ikinci şansa layiqdir", kimi şərhlər yazıblar.  

Diqqət çəkən məqam ondan ibarətdir ki, Huangın istefası heç kim tərəfindən dəstəklənməyib.

Xatırladaq ki, “Nvidia” şirkətinin uzunmüddətli həmtəsisçisi və baş direktoru (CEO) Jensen Huang şəxsi münasibətləri ilə bağlı yaranan qalmaqal və araşdırmalar fonunda 12 noyabr 2026-cı il tarixində vəzifəsindən istefa verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью