Müdirlər bu hərəkətə görə cərimələnəcək

30.10.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Korrupsiya barədə məlumat verən şəxslərdən qisas alınmasına görə cərimələr müəyyənləşdirilir.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
 

Layihəyə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə, vəzifədən azad edilməsinə, başqa işə keçirilməsinə, əməkhaqqından qanunsuz tutulmalar aparılmasına, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirməyə aktiv və ya passiv formada maneçilik törədilməsinə, mənfi cəhətdən xarakterizə edilməsinə və digər bu cür tədbirlərin tətbiqinə görə üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulur.


 Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью