Mudrik digər İngiltərə klubuna keçir

01.09.2026

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

“Çelsi”nin ukraynalı vingeri Mixail Mudrik karyerasını “Tottenhem”də davam etdirəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sports" yayıb.

London klubları 25 yaşlı futbolçunun icarəyə verilməsi ilə bağlı razılığa gəliblər. Mudrik mövsümün sonuna qədər “Tottenhem”in formasını geyinəcək.

Razılaşmada futbolçunun gələn ilin yayında birdəfəlik transferinə imkan verən satınalma bəndinin də yer aldığı bildirilir. Bu halda “Tottenhem”in “Çelsi”yə təxminən 75 milyon funt-sterlinq ödəməli olacağı qeyd olunur.

Vinger 2023-cü ilin yanvarında “Şaxtyor”dan “Çelsi”yə transfer olunub. O, London klubunda əsas heyətdə möhkəmlənməkdə çətinlik çəkib və uzunmüddətli diskvalifikasiyadan sonra komandadan ayrılması gündəmə gəlib.

Əlisahib İbrahimli

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью