futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Çelsi”nin futbolçusu Mixail Mudrik karyerasını Fransada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, London klubu ukraynalı vingeri “Strasburq”a icarəyə verməyə hazırlaşır. Bu barədə “Foot Mercato” nəşri məlumat yayıb.
Mudrik 2024-cü ildən rəsmi matça çıxmayıb. O, dopinq cəzasına görə yaşıl meydanlardan uzaq qalmışdı. Qadağa müddəti bitib və o, “Çelsi”nin yay düşərgəsindədir.
“Strasburq” və “Çelsi” klubu “BlueCO” şirkətinin himayəsindədir.