Mudrik İstanbul nəhənginə keçməyə yaxındır

13.12.2025

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

"Çelsi"nin ukraynalı vingeri Mixail Mudrik gələn ilin yanvarında İstanbul nəhənginə keçə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Eaglе Media" yayıb.

Məlumata görə, onun xidmətində "Beşiktaş" maraqlıdır. Mənbə "ağ-qaralar"ın Mudriki icarəyə götürmək yox, onu London klubundan almaq istədiyini vurğulayıb.

Daha öncə dopinq analizi müsbət nəticələndiyi üçün futboldan kənarlaşdırılan cinah hücumçusunun yanvarda yaşıl meydanlara qayıdacağı bildirilib.

Ötən mövsüm "Çelsi" forması ilə 15 matça çıxan Mixail 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью