Icma.az bildirir, Qol.az portalına istinadən.
Mudrik qayıtdı, "Çelsi" uduzdu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
"Çelsi"nin yarımmüdafiəçisi Mixail Mudrik antidopinq cəzası başa çatdıqdan sonra ilk matçını keçirib.
QOL.az xəbər verir ki, ukraynalı futbolçu komandasının "Yuventus"la keçirdiyi yoldaşlıq görüşündə meydana çıxıb. Mudrik 82-ci dəqiqədə əvəzetmədən oyuna daxil olub. Qarşılaşma Turin təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Mudrik 2024-cü ildə dopinq testində meldonium aşkarlanmasından sonra əvvəlcə müvəqqəti kənarlaşdırılmışdı. Daha sonra İngiltərə Futbol Assosiasiyası (FA) onu antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə cəzalandırmışdı. Lakin FA 31 iyul 2026-cı ildə intizam araşdırmasının başa çatdığını açıqlayaraq futbolçunun diskvalifikasiyasını ləğv edib.