Mudrik “Tottenhem”də ilk oyununda zədələndi

09.09.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

İngiltərənin “Tottenhem” futbol klubunun yeni transferi Mixail Mudrik zədələnib.

İdman.Biz insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, 25 yaşlı futbolçu altı-səkkiz həftə müddətinə sıradan çıxıb. Ən yaxşı ssenariyə əsasən, Mudrik oktyabrın ikinci yarısında meydana qayıda bilər.

“Tottenhem” yay transfer pəncərəsinin son günündə ukraynalı vingeri “Çelsi”dən icarəyə götürüb. Mudrik yeni komandasının heyətində indiyədək cəmi bir rəsmi matçda iştirak edib.

Qeyd edək ki, futbolçu antidopinq qaydalarının pozulmasına görə tətbiq olunan diskvalifikasiya səbəbindən uzun müddət peşəkar səviyyədə çıxış edə bilməyib.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью