Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna millisinin və “Çelsi”nin futbolçusu Mixail Mudrik diskvalifikasiya olunub.
İdman.biz xəbər verir ki, bu barədə qərarı İngiltərə Futbol Assosiasiyası verib.
23 yaşlı yarımmüdafiəçi müvəqqəti olaraq oyunlardan kənarlaşdırılıb.
Dopinq testinin A probu müsbət nəticə verən Mudrik yekun qərar çıxarılana qədər “Çelsi”nin formasını geyinə bilməyəcək.
Futbolçu ilə bağlı qərar isə B probunun yoxlanışından sonra veriləcək. Qeyd edək ki, Mudrikin dopinq testi oktyabrın sonlarında götürülüb.
İdman.biz Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.