Müdrikliyin zirvəsi Heydər Əliyev | Icma.az
Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xalqımızın dövlətçilik tarixində mürəkkəb mərhələlərin olduğu zamanda təzyiqlərə, çətinliklərə baxmayaraq, ölkəmizi düçar olduğu ağır sınaqlardan çıxararaq, düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı görmək istədiyi ən yüksək səviyyəyə yüksəldən dünya səviyyəli siyasətçi, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilir.
Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasından 21 il ötsə də, O, bu gün də, gələcəkdə də Azərbaycan xalqının qəlbində yaşayır və yaşayacaqdır.
"Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır.
Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam.
Buna da nail olmağa çalışıram və çalışacağam", - deyirdi Ulu Öndər Heydər Əliyev.
Hakimiyyətinin birinci dövründə Azərbaycanı geridə qalmış respublikadan çiçəklənən bir diyara çevirdi.
1969-1982-ci illərdə ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşdırılması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, kadr hazırlığı və digər istiqamətlərdə olan hadisələr qısa bir zamanda ölkəmizin adına böyük uğurları həkk etdi.
Tam oxu
Xəbəri oxu