Müəllim bütün fikrini dərsə, şagirdə yönəltməlidir Professor | Icma.az
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, yeni tədris ilindən etibarən paytaxtda Bakıda yerləşən orta məktəblərdə kağız jurnallardan istifadə edilməyəcək.
Bütün proseslər yalnız "Rəqəmsal məktəb" platforması üzərindən aparılacaq.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova bildirib ki, cari ilin yanvar-fevral aylarından etibarən platformanın tətbiqi istiqamətində işlərə başlanılıb və bu müddət ərzində sistemin təkmilləşdirilməsi aparılıb.
Artıq direktorların 98 faizi, müəllimlərin isə 93 faizi platformada qeydiyyatdan keçib: “"Rəqəmsal məktəb" platformasından istifadə müəllim və məktəb rəhbərliyinin iş yükünün azaldılmasına xidmət edəcək”.
Məsələ ilə bağlı 525.az-a danşan Əməkdar elm xadimi, professor Şahlar Əsgərov bildirib ki, neçə illərdir ki, müəllimlər vaxtlarının xeyli hissəsini jurnal yazmağa sərf ediblər.
Nəticədə dərs keçmək ikinci plana, yazı pozu işi birinci palana keçib. Bundan zərər görən də şagirdlər olub.
Müəllimin əsas vəzifəsi dərs keçmək, öyrətmək, ölkə üçün savadlı, bilikli, vətənpərvər vətəndaşlar yetişdirməkdir.
Tam oxu
Xəbəri oxu