Müəllim formalarını kim tikəcək? BTE açıqlama verdi

05.08.2026

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Müəllimlər üçün nəzərdə tutulan vahid geyim formalarının Bakı Tikiş Evi (BTE) tərəfindən hazırlanıb-hazırlanmayacağı məsələsinə aydınlıq gətirilib.

“Yeni Sabah”ın sorğusunu cavablandıran Bakı Tikiş Evindən bildirilib ki, hazırda əsas diqqət yeni tədris ili üçün şagird formalarının istehsalı və satışına yönəlib.

Qeyd olunub ki, məktəbli formalarının istehsalı və satışa hazırlanması ilə bağlı bütün işlər artıq yekunlaşıb. Məktəb formaları istehsal edilib, anbarlara yerləşdirilib və mağazalarda satışına başlanılıb. Dördpendirli pizza

BTE-dən verilən məlumata görə, müəllimlər üçün nəzərdə tutulan vahid geyim formaları ilə bağlı isə indiyədək quruma hər hansı sifariş və ya rəsmi müraciət daxil olmayıb.

"Həmçinin həmin formaların modeli, dizaynı, istifadə olunacaq parça və digər texniki göstəricilər barədə bizə heç bir məlumat təqdim edilməyib", – deyə açıqlamada bildirilib.

Qurumdan vurğulanıb ki, müəllim formalarının dizaynı, modeli, materialı və digər texniki sənədlər təqdim ediləcəyi təqdirdə, onların istehsalı qısa müddətdə təşkil oluna bilər.

"Bununla bağlı bizim üçün heç bir problem yoxdur", – deyə Bakı Tikiş Evindən əlavə edilib.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью