Müəllim işləmək istəyənlərin nəzərinə KONKRET

01.04.2026

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”ndakı dəyişikliyə əsasən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib.

Bu barədə “KONKRET.az”a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, siyahıda qeyd olunan qeyri-pedaqoji ixtisaslara sahib şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirakı nəzərdə tutulan pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra müvafiq təlim kurslarına cəlb olunacaq.

Məlumata görə, hər il müsabiqəyə buraxılacaq ixtisasların siyahısı “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nın əlavəsində qeyd edilən ixtisaslara müvafiq olaraq müəyyənləşdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью