Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müəllim xoş olar öz şagirdinə,
Müəllim dinsizləri gətirər dinə.
Şagird pis olsada,o sevər yenə,
Müəllim öyrədəndi hər zaman,hər an.
******
Müəllim bir günəşdi,müəllim aydı,
Müəllim bol bəhrəli,məhsullu yaydı.
Müəllim bir bulaqdı,bir axan çaydı,
Müəllim öyrədəndi hər zaman,hər an.
******
Müəllim deyirlər yaxşı insana,
Hörmət bəsdəyirlər bu əziz cana.
Müəllimlər işıq salır cahana,
Müəllim öyrədəndi hər zaman,hər an.
******
İnsana yaxşılq ötürən müəllim,
Hər kəsi haqqa gətirən müəllim,
Hər kəsdən pisdiyi itirən müəllim,
Müəllim öyrədəndi hər zaman,hər an.
******
Müəllim deyirlər layiq olana,
Müəllim deyirlər qeydə qalana,
Müəllim deyirlər haqqa yanana,
Müəllim öyrədəndi hər zaman,hər an
******
Yaxşı nə var,müəllim öyrədir bizə,
İşıq gəlir həm ürəyə,həm gözə.
Qüvvət gəlir həm dirsəyə,həm dizə,
Müəllim öyrədəndi hər zaman,hər an.
******
Öyrədirlər bizə ali hissləri,
Öyrədirlər çox müqəddəs dərsləri,
Gətirir düz yola çətin kəsləri,
Müəllim öyrədəndi hər zaman,hər an.
******
Şeirin müəllifi:Dünya Qarabağlı-Azərbaycan Texniki Universitetinin Beynəlxalq Biznesin İdarə edilməsi ixtisasının magistratura tələbəsi.