Müəllim şagirdinə 25 min intim mesaj göndərdi

24.01.2026

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-da maraqlı hadisə baş verib.

Moderator.az yerli mediaya istinadən xəbər verir ki, Monmut dairə prokurorluğunun məlumatına görə, ABŞ-da 15 yaşlı şagirdlə intim münasibətdə olmaqda şübhəli bilinən müəllimə qarşı cinayət işi açılıb.

Müstəntiqlərin sözlərinə görə, Allison Haveman-Nidrax adlı müəllimə evli olub və onun iki uşağı var. Allison şagirdlə romantik münasibətini gizlətsə də, yeniyetmə dostlarından bu münasibəti gizlətməyib. Lakin o, polisə verdiyi ilkin izahat zamanı yalnız müəllimin qızı ilə görüşdüyünü iddia edərək yalan danışıb.

Məsələnin ən maraqlı və diqqət çəkən tərəfi isə o olub ki, müəllim qısa zamanda sevgilisnə 30 minə yaxın mesaj göndərib.

Belə ki, istintaq zamanı polis təqsirləndirilən şəxsin telefonunu müsadirə edib və orada yeniyetməyə ünvanlanmış on minlərlə intim mesaj tapılıb. Göndərilən mesajların ümumi sayının təxminən 25.000 olduğu təxmin edilir. Qadın uşaq istismarında ittiham olunur və 12 ilə qədər həbs cəzası ilə üzləşib.

(publika)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью