Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Müəllim məktəbdə dərsini keçmək əvəzinə şagirdlərə Xameneyiyə həsr olunan mahnı oxudanda tədbir görülməsi normaldır. Hətta gecikmiş qərardır”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, ictimai fəal Elyar İslamoğlu bildirib.
O vurğulayıb ki, məktəb dini təbliğatın, başqa ölkələrin dini ideologiyasının təbliğ olunacağı yer deyil:
“Məktəbdə yalnız tədris proqramına və fənnə aid olan materiallar təbliğ edilməlidir. Siz öz dövlətinizin bayrağını tərs asın, başqa dövlətlərin ideologiyasını məktəblərə daşıyın, sonra da sərt tədbirlər görüləndə etiraz edin. Nə gözəl məmləkət!”.